Kreditlərin sığortası üzrə yığımlar 3 dəfəyədək artıb

15:52 - 27.09.2023


27 sentyabr, Fineko/abc.az. Azərbaycanda kreditlərin sığortası üzrə yığımlar artıb. 

ABC.AZ Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 146 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 350,2 min manat və ya 169,7% (2,7 dəfə) çoxdur. 2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 795,7 min manat təşkil edib.

Bütün xəbərlər