Azərbaycanda dövlət əmlakının daha 158 obyekti özəlləşdirməyə təqdim ediləcək

30.10.2017,13:29


Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi, dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə  növbəti hərracın keçirilməsini elan etdi.

Dövlət komitəsinin məlumatında deyildiyi kimi, növbəti hərrac 28 noyabr tarixinə təyin edilmişdir.

“Hərraca dövlət əmlakının 158 obyekti, o cümlədən, 64 kiçik dövlət müəssisəsi və obyekt, 63 qeyri-yaşayış sahə,  23 səhmdar cəmiyyət və 8 nəqliyyat vasitəsi təqdim ediləcək”, - məlumatda belə deyilmişdir.