Antiterror əməliyyatları zamanı şəhid olmuş hərbçilərin kredit borcları silinəcək

15:42 - 28.09.2023


28 sentyabr, Fineko/abc.az. “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

ABC.AZ ABA-ya istinadən xəbər verir ki, iclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi və ölkənin suverenliyinin bərpası uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimizlə əlaqədar aşağıdakı qərarlar qəbul olunub:

– Şəhid olmuş hərbiçilərimizin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin;

– Yaralanmış hərbiçilərimizin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabına silinsin.

 

Bütün xəbərlər