İlham Əliyev: Azərbaycanda qeyri-rəsmi məşğulluq kütləvi xarakter daşıyır

11:56 - 10.07.2018


10 iyul, Fineko/abc.az.  Azərbaycan prezidenti İlham Əliyev hökumətə ölkədə aparılan, müsbət nəticələr göstərən islahatları davam etdirməyi və dərinləşdirməyi tapşırdı.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirib ki,  sosial təminat sahəsində də ciddi islahatlar aparılmalıdır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni rəhbərliyi qarşısında belə vəzifələr qoyulub.

“Bu sahədəki səhvləri, pozuntuların tam aradan qaldırılması, sosial ədalətin tam təsdiqlənməsi və şəffaflığın təmin edilməsi lazımdır. Dövlət  bu sahəyə böyük diqqət yetirir, siyasətimizin diqqət mərkəzində Azərbaycan vətəndaşıdır, xüsusilə, sosial baxımdan aztəminatlı vətəndaşdır. Məhz buna görə biz, ünvanlı sosial yardım sisteminə keçmişik, lakin bir çox hallarda vətəndaşların hüquqları pozulur, ədalətsizlik hökm sürür, yardıma ehtiyacı olanyardımı  ala bilmir, ehtiyacı olmayan isə alır, sonra isə bu vəsaitlər dövlət məmurları ilə bölür. Belə faktlar çoxdur, indi ciddi araşdırma aparılır. Sosial təminat sahəsində tam şəffaflığın təmin edilməsi, sosial ədalətin tam şəkildə qurulması zəruridir”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, sosial sahənin şəffaflığı təmin etmək və onun beynəlxalq təcrübə əsasında fəaliyyəti iqtisadi inkişafına böyük təkan verəcək, çünki  Azərbaycanda qeyri-rəsmi məşğulluq kütləvi xarakter daşıyır. Bunun mexanizmləri mövcuddur, inkişaf edir və yaxın gələcəkdə böyük irəliləyiş olacaqdır.

“Dövlət həmişə sosial cəhətdən az təminatlı vətəndaşlara dəstək göstərəcək. Bu bizim siyasətimizdir. Vətəndaşlar narahat olmasınlar, dövlət həmişə onlara dayaq olacaq. Amma əsası budur ki, bu yardım ədalətli paylanmalıdır. Yardıma həqiqətən ehtiyacı olan bir kəs yardımı alsın. Varlı və sosial yardıma ehtiyacı olmayanlar bu yardımdan məhrum edilməlidirlər. İlk növbədə, onlar özlərini bundan imtina etməlidirlər. Bu onların ictimai şüurunun yüksək səviyyəsinin göstəricisi ola bilər. Əlbəttə ki, çətin şəraitdə yaşayan, hələ də işsiz olan vətəndaşlar üçün yeni şərait yaratmalıyıq. Azərbaycanda iş yerlərinin yaradılması prosesi daimi olmalıdır. Açılış nitqində mən dedim ki, 58 min yeni daimi iş yerləri açılmışdır. Lakin eyni zamanda, 20 mindən artıq iş yeri bağlanıb. Bu rəqəmlərə baxanda  dinamikanın yenə də müsbət olduğunu görürük. Lakin bağlanmış iş yerlərinin təhlilini aparmaq lazımdır. Bu iş yerləri hansı səbəbdən bağlanıb? İş yerlərini itirən vətəndaşlar hansı işlə təmin olunub? Ümumiyyətlə təmin olunubmu?” , -  İ. Əliyev belə deyib.

 

Bütün xəbərlər