11:25 - 29.09.2023
29 sentyabr, Fineko/abc.az. “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edirik. “Nobel Energy” şirkəti ilkin mərhələdə 100 MVt gücündə günəş elektrik stansiyasını istifadəyə verməyi planlaşdırır.
ABC.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov Naxçıvan şəhərində keçirilən Beynəlxalq Konfransda çıxışında bildirib.
O qeyd edib ki, “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyasının tikilməsi nəzərdə tutulur.“Czech Engineering” şirkəti isə Sədərək rayonunun Türkiyə ilə sərhədində günəş elektrik stansiyalarının inşası, enerji ötürücülərinin tikilməsi və istifadəsi üzrə əməkdaşlıqda maraqlıdır.
Onun sözlərinə görə, Almaniyanın “Notus” şirkəti Naxçıvanda yaşıl enerji layihələri reallaşdırmaq niyyətindədir. İlkin mərhələdə pilot layihə olaraq 70 MVt-lıq günəş elektrik stansiyasının Naxçıvanın şimal-qərbində - Türkiyə ilə sərhədə yaxın ərazidə inşası nəzərdən keçirilir.
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
26 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023