Avqustda Çindən Azərbaycana minik avtomobillərinin ixracı bu qədər artıb

11:41 - 29.09.2023


29 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqst aylarında Çindən Azərbaycana 4,534 min minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitəsi idxal olunub. 

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin materiallarına əsaslanan hesablamalarında qeyd olunur.

Hesabat dövrü ərzində Çindən Azərbaycana bu məhsulun ixracı $87,7 milyon dəyərində qiymətləndirilib.

Avqustda Çindən Azərbaycana minik avtomobili və sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitələrinin idxalı say ifadəsində iyul ayına qədər 39,6% - 896 ədədə qədər, pul ifadəsində - 36,4% - aydan aya $15,828 milyonadək artıb.

Ötən ilin analoji dövrü ərzində Çinin Baş Gömrük İdarəsi statistika dərc etmir.

Bütün xəbərlər