"Azərkosmos"un ixrac gəlirləri 26% azalıb - Hesabat

15:13 - 29.09.2023


29 sentyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-avqust aylarında Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə  12.7 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

ABC.AZ “İxrac icmalı”nın sentyabr sayına istinadən xəbər verir ki, bununla da Azərkosmosun gəlirləri illik müqayisədə 4.5 mln. dollar və ya 26,2% azdır. Ötən ilin eyni dövründə Azərkosmosun 17.2 mln.  dollarlıq xidmət ixrac edib.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib. 2023-cü ilin avqust ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1.5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2.7 milyon ABŞ dolları ilə Lüksemburq, 1.1 milyon ABŞ dolları ilə BƏƏ, 713.2 min ABŞ dolları ilə Almaniya və 539.9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

 

Bütün xəbərlər