Azərbaycanda bu sığorta üzrə ödənişlər artıb

11:14 - 2.10.2023


2 oktyabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənişlər artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.

Vurğulanıb ki,cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 668,4 min manat təşkil edib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 307,9 min manat və ya 85,4% çoxdur.

2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 360,6 min manat təşkil edib.

 

Bütün xəbərlər