Azərbaycanda cəmi icbari sığortalar üzrə ödənişlər artıb

12:03 - 2.10.2023


2 oktyabr, Fineko/abc.az. Azərbaycanda cəmi icbari sığortalar üzrə ödənişlər artıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu növ sığorta üzrə ödənişlər 71 milyon 657,7 min manat təşkil edib.

Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 303,1 min manat və ya 13,1% çoxdur.

2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 63 milyon 354,7 min manat təşkil edib.

 

Bütün xəbərlər