13:36 - 10.07.2018
10 iyul, Fineko/abc.az. Azərbaycanın qızıl ehtiyat fondu yerli qızıl hesabına formalaşacaq.
“AzerGold” QSC-nin sədri Zakir İbrahimov bildirib ki, 2017-ci ilin aprel-dekabr aylarında 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracından və beynəlxalq bazarlarda satışından 131,5 milyon manat gəlir əldə olunub.
“2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızılın, 28,2 min unsiya gümüşün ixracından və beynəlxalq bazarlarda satışından 47,9 milyon manat həcmində gəlir əldə edilmişdir, ümumiyyətlə isə, 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 milyon manat gəlir əldə edilmişdir”, - Z.İbrahimov belə deyib.
Onun sözlərinə görə, 2021-ci ildə başa çatacaq “Çovdar” yatağındakı yerüstü filiz yatağının istismarı zamanı istehsal ediləcək əlavə 129 min unsiya qızıl və 202 unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına təxminən 300 milyon gəlirin daxil olması planlaşdırılır.
Bu ildən etibarən Azərbaycanın Dövlət Neft Fondu "AzərGold" tərəfindən istehsal olunan qızılı alacaq. Ölkənin qızıl ehtiyat fondu Azərbaycan qızılları hesabına formalaşacaq.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024
17 Aprel 2024