“Tesla” üçüncü rübdə 430 min avtomobil istehsal edib

12:32 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. “Tesla” üçüncü rübdə 430 min avtomobil istehsal edib və 435 min avtomobil satıb.

ABC.AZ-ın məlumatına görə, ötən illə müqayisədə satışlar 27% artsa da, bu ilin ikinci rübü ilə müqayisədə 6.7% azalıb.

Satışların rüblük azalması şirkətin bir ildən çox müddətdə ilk azalması idi. Üçüncü rübdə “Tesla” satışları təxminən 461 min avtomobil satış gözləyən analitiklərin proqnozlarından aşağı olub.

Şirkət özü satışların yavaşlamasını “əvvəllər onların yenidən konfiqurasiyası üçün zəruri olan zavodların işində planlaşdırılan fasilələrlə” izah edib. Müşahidəçilər bu fasilələri yeni “Cybertruck” pikapının satışına hazırlıqla əlaqələndirirlər.

Bütün xəbərlər