Azərbaycanda 150 milyard manat dəyərində Əlvan Metal Hasilatına dair Yol Xəritəsi hazırlanır

14:00 - 10.07.2018


10 iyul, Fineko/abc.az. Azərbaycanda  Yerin təkində olan metalların dəyəri 150 milyard manat səviyyəsində qiymətləndirilir.

“AzerGold” QSC-in sədri Zakir İbrahimov bildirib ki,  Cəmiyyət, Azərbaycan ərazisində perspektivli əlvan metallarbyataqlarının işlənməsinə və onların istismara verilməsinə dair kompleks yanaşma tətbiq edir.

“Bu məqsədlə ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi sənədinin hazırlanmasına başlanılıb. Sənəd sovet hakimiyyəti dövründən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əhatə edəcəkdir. Rəqəmsallaşdırma yataqların iqtisadi və ekoloji cəhətdən daha dayanıqlı və səmərəli idarəçiliyinə töhfə verəcək”, - Z.İbrahimov belə deyib.

Onun sözlərinə görə, qeyd edilən işlərin icrası məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edilir.

“Ölkəmizdə Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 milyard manatdan artıq təşkil edir”, - Z.İbrahimov belə deyib.

 

Bütün xəbərlər