17:30 - 3.10.2023
3 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin sentyabr ayında valyuta hərraclarında $164,5 milyon məbləğində xarici valyuta satıb.
Fonddan ABC.AZ-a daxil olan məlumata görə, ARDNF 2023-cü ilin avqust ayında $93,9 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, sentyabrda xarici valyuta satışının həcmi 75,2% artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında ARDNF valyuta hərraclarında $2 milyard 102,2 milyon məbləğində xarici valyuta (2022-ci ilin 9 ayı ilə müqayisədə azalma 45,5%) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir. Mərkəzi Bank hərracların bir çoxunda təklifin tələbi üstələdiyini qeyd edir.
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta satıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır.
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
26 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023