Maliyyə Nazirliyi dövlət ortamüddətli istiqrazları tam yerləşdirdi

18:06 - 10.07.2018


10 iyul, Fineko/abc.az. Azərbaycanın Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə bu gün dövlət ortamüddətli istiqrazları (DOİ) tam yerləşdirdi.

BFB-in məlumatında deyilir ki, bu gün AZ0105011693 ISIN-kodlu, 35 milyon manat həcmində, tədavül müddəti 728 gün təşkil edən DOİ buraxılışı yerləşdirilmişdir.

10 investordan 18 sifariş daxil olmuşdur. Sifarişlər bir istiqraza 96,4540 AZN-dan (illik gəlirlilik iddiası 10,0000%) 100,0000 AZN-ə qədər (8,0000%) qiymət intervalında verilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 98,3304 AZN (gəlirlik 8,9300%) səviyyəsində, orta ölçülmüş qiymət isə 99,4168 AZN (8,3225%) səviyyəsində müəyyən edilmişdir.

Nəticədə sifarişlərin ümumi məbləği 76 257,1  min manat olmaqla, 35 milyon manat həcmində DOİ yerləşdirilmişdir.

DOİ-in ödəmə tarixi: 11 iyul 2020-ci il.

Bütün xəbərlər