Gəncədə polis zabitlərinin öldürülməsində şübhəli bilinənlərin şəxsiyyəti müəyyənləşib

11.07.2018,11:42


11 iyul, Fineko/abc.az. Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncə hadisələri ilə bağlı növbəti məlumatı yayıblar.

Məlumatda deyilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.

Əməliyyat-axtarış tədbirləri  nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən iki nəfərin şəxsiyyəti müəyyən edilmişdir: bu, Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvəllər məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovdur.