Bakı Elektron Ticarət forumu keçiriləcək

12:32 - 11.07.2018


11 iyul, Fineko/abc.az. Azərbaycanın paytaxtında  Elektron Ticarət forumu keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə “Azərbaycanda elektron ticarət: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda keçirilən konfransda deyib ki, forum sentyabr ayında keçiriləcək.

“Belə bir forumun keçirilməsi Avropa İttifaqı, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın davamı çərçivəsində məqsədəuyğun ola bilərdi”, - nazir belə deyib.

 

Bütün xəbərlər