Bakı Konqres Mərkəzinə sığortaçı tələb olunur

12:44 - 11.07.2018


11 iyul, Fineko/abc.az. “Bakı Konqres Mərkəzi” MMC tender elan edib.

Tender komissiyası bildirir ki, tender daşınmaz əmlakın sığortası üzrə elan edilib.

Tenderdə iştirak haqqı 60 manat təşkil edir. Ərizəçilər, iştirak etmək üçün  avqustun 21-dək Bakı, Nərimanov rayonu, Təbriz küçəsi, 130 ünvanında  yerləşən ofisə müvafiq sənədləri təqdim etməlidirlər. Tender proseduru avqustun 24-də saat 12:00-da keçiriləcək.

Əlaqələndirici şəxs: Aslan Nuriyev - (99450) 273 99 01.

 

Bütün xəbərlər