AZTA Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə ekolojı marşrutlar hazırlayacaq

14:32 - 11.07.2018


11 iyul, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyası (AZTA)  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı genişləndirir.

AZTA-nın məlumatında deyilir ki, bu gün assosiasiyada nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikməектt Əlizadə və AZTA-nın Gəlmə Turizm Komitəsi və Daxili Turizm Komissiyası arasında görüş keçirilib.

“Görüşün əsas müzakirə mövzusu Azərbaycanın geniş turizm potensialı olan regionlarına ekolojı marşrutların hazırlanması və onların birgə inkişafı məsələləri olub. Tərəflər mövcud vəziyyəti və inkişaf perspektivlərini nəzərə alaraq, bu sahədə gələcək fəaliyyətin prioritet istiqamətlərini müəyyən etdilər və birgə fəaliyyət haqqında qərara gəldilər”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər