Qazlı içki istehsalı necə yaranıb?

14:34 - 11.07.2018


11 iyul, Fineko/abc.az.  Qızmar yay günlərində sərinləmək üçün qazlı içkilərdən demək olar ki, hər birimiz istifadə edirik.

Lakin qazlı içkiləri ilk dəfə kimin istehsal etdiyini çoxumuz bilmirik.

Təbii mineral suların istifadəsi XVIII əsrin əvvəllərinə təsadüf edir. Lakin onların əldə olunması çox məsrəfli idi və qazı da tez buxarlanırdı.

Qazlı içkiləri sadə suya karbon qazı qarışdırmaqla əldə etmək yolunu 1767-ci ildə məhşur Britaniya alimi Josef Pristli təklif etmişdir. Yerli pivəxanalarda pivənin qıcqırma prosesini müşahidə edərkən yaranan qabarcıqlar Pristlinin diqqətini cəlb edir. O, pivə çənlərinin üzərinə su ilə dolu qab qoyur və bu qazın suya qarışdığını müşahidə edir. Suyun dadına baxaraq çox bəyənir və ilk qazlı içki növünü istehsalata buraxır. Bu yolla qazlı su istehsalı məhdud sayda istehsalata imkan verirdi.

Daha sonralar İsveçrəli Torbern Ulaf Berqman qazlı içki istehsalını təkmilləşdirmişdir. O, xüsusi karbonlaşdırıcı –saturator alətini kəşf etmişdir. Bu alətin yaranması qazlı suyun kütləvi istehsalatının əsasını qoymuşdur.

İlk qazlı su markası Schweppes 1793-cü ildə İsveçrədə yarandı.

İlk limonad isə 1830-cu ildə qazlı suya limon turşusu əlavə olunmaqla əldə edilmişdir.

Bütün xəbərlər