“Rosselxoznadzor” Azərbaycandan gətirilən yoluxmuş meyvələri Rusiyaya buraxmadı

11.07.2018,15:31


11 iyul, Fineko/abc.az. “Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin dövlət müfəttişləri karantin zərəvericisi ilə yoluxmuş 18,8 ton şaftalı və nektarinlərin Azərbaycandan Rusiyaya idxalını qadağan etdi.

Qurumun mətbuat xidmətinin məlumatına görə, göndərilən yükün bir  partiyası Rusiyanın dövlət sərhədinin Dağıstan hissəsində - “Yaraq-Kazmalar” keçid məntəqəsində saxlanılıb.

Karantin fitosanitar nəzarəti gedişatında malın partiyasının baxışı zamanı karantin obyekti - Şərq meyvəyeyəni aşkar edilib. Zərərvericinin mövcudluğu həmçinin “Ümumrusiya Bitkilərin Karantin Mərkəzi” FDBM şöbəsinin rəyi ilə təsdiqlənib.