OPEC, ilin ikinci yarısında Rusiyada neft istehsalının artmasını gözləyir

11.07.2018,16:35


11 iyul, Fineko/abc.az. OPEC Rusiyanın 2018-ci ilin ikinci yarısında neft hasilatını 150 min b/s, yəni 11,13 milyon b/s qədər artıracağını gözləyir.

Kartelin aylıq hesabatında deyilir ki, Rusiyada neft hasilatı  may ayında 11,15  milyon  b/s təşkil etmişdir ki, bu da əvvəlki ayın göstəricisi ilə eynidir. İlkin məlumatlara görə, iyun ayında  Rusiyada istehsal həcmi 90 min b/s - 11,24 milyon b/s qədər çatıb.

2019-cu ildə OPEC yeni yataqların işlənməsi hesabına  Rusiyada neft hasilatının artmasını gözləyir. Rusiyada illik istehsal artımı 20 min b/s təşkil edə bilər.

Xəbər verildiyi kimi, iyunun 23-də Vyana şəhərində OPEC və qeyri-OPEC ölkələri  neft hasilatının məhdudlaşdırılmasına dair əvvəlcədən götürülən öhdəliklərin 100% yerinə yetirilməsindən əvvəl 1 milyon b/s artımı haqqında razılığa gəlib. Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak 2018-ci ilin sonuna qədər istehsalın ümumi artımında Rusiyanın payının 200 min b/s təşkil edəcəyini qeyd etdi. Eyni zamanda bu həcm qəti müəyyən edilmiş bir səviyyə deyil, digər OPEC + iştirakçılarının neft hasilatından asılı olaraq dəyişə bilər.