Azərbaycan Mərkəzi Bankı 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

16:55 - 11.07.2018


11 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

Bakı Fond Birjası xəbər verir ki, iyulun 11-də AMB hərracda 50100470S nömrəli, 250 milyon həcmində, 28 gün müddətinə notlar təklif edib.

16 investordan cəmi 658 685,5 min manat məbləğində 25 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,3812  manat (gəlirlik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99,3812 manat (gəlirlik 8,01%) səviyyəsində müəyyən edilmişdir, orta ölçülmüş qiymət də ona bərabər olmuşdur. Nəticədə 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 8 avqust 2018-ci il.

 

Bütün xəbərlər