GİZ ekosistemlərin qorunmasında və təbii sərvətlərin idarə olunmasında Azərbaycana kömək edəcək

17:07 - 11.07.2018


11 iyul, Fineko/abc.az. Kənd Təsərrüfatı Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidməti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) arasında Anlaşma Memorandumu imzalanmışdır.

Üç illik dövrü əhatə edən Memorandum, “Cənubi Qafqazda təbii resursların idarə edilməsi və kənd yerlərinin davamlı inkişafı üçün ekosistemlərin qorunması” layihəsinin həyata keçirilməsi ilə başlayacaqdır.

Memorandumun məqsədi təbii ehtiyatların səmərəli və davamlı inkişafını gücləndirmək, bölgədə bioloji müxtəlifliyin və mühüm ekoloji xidmətlərin qorunmasını təmin etməkdir.

Memorandumu Dövlət Xidmətinin rəhbəri Mirzə Əliyev və GİZ proqramının direktoru Hans-Yoahim Lipp imzaladı.

 

Bütün xəbərlər