Bakıda ağır yol qəzası baş verdi, bir sərnişin həlak oldu/Foto

12.07.2018,11:43


12 iyul, Fineko/abc.az. İyulun 12-də səhər saatlarında  Bakı-Qazax avtomobil yolunda Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

Isuzu (90-OJ-802) markalı yük avtomobili  149 saylı marşrutun Otoyol (10-TF-383) sərnişin avtobusu  ilə toqquşdu.

Nəticədə avtobus aşdı, bir sərnişin qadın  həlak oldu, təxminən 10 nəfər yaralanıb xəstəxanaya aparıldı.

Fakt üzrə araşdırma aparılır.

 

Açar sözlər: YNH