Bakı Fond Birjasının dövriyyəsi altı ay ərzində 2,7 dəfə artıb

12:10 - 12.07.2018


12 iyul, Fineko/abc.az. 2018-ci ilin birinci yarısında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əməliyyatlarının ümumi dövriyyəsi 11 728 182,93 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövründəkindən 2,7 dəfə çoxdur.

BFB-in məlumatında deyilir ki, 2018-ci ilin birinci yarısında BFB-də əməliyyatların ümumi həcmində törəmə əməliyyatlarının payı bazarında 4,849,801.251 manat (2,2 dəfə artım), o cümlədən 4 312 526,297 min AZN valyuta ilə əməliyyatlar və 537 274.954 AZN mallarla əməliyyatlar təşkil etmişdir.

Ümumi dövriyyədən dövlət qiymətli kağızları ilə əməliyyatlar 6,006,692.38 min manat (5,4 dəfə artım) təşkil edib. Eyni zamanda, Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilməsi həcmi 465.220.004 min manat (artım 40.9%) təşkil edib. Mərkəzi Bankın qısamüddətli notların ilkin bazarda yerləşdirilməsi həcmi hesabat dövründə  5 541 472 376 min manat (artım 7,1 dəfə) təşkil etmişdir.

BFB-nin ümumi dövriyyəsində pay bazarı 68,557,474 manat təşkil edib (9,5 dəfə azalma).

2018-ci ilin birinci yarısında qiymətli kağızlar bazarının borc alətlərinin ümumi əməliyyatların həcmində payı 336,971,747 manat təşkil edib (8,9% azalma). Eyni zamanda, Azərbaycan İpoteka Fondunun ilkin bazarda yerləşdirilməsi həcmi 95,306,247 manat, ikinci bazarda isə 169,136,518 manat təşkil edib. Yanvar-iyun aylarında birinci bazardaı digər korporativ istiqrazların yerləşdirilməsi həcmi 5 milyon manat, ikinci bazarda isə 67,528,981 min manat təşkil edib.

BFB-nin ümumi dövriyyəsində 2018-ci ilin birinci yarısında repo əməliyyatları 466 160,077 min manat (40,3 dəfə artım) təşkil edib.

 

Bütün xəbərlər