Qida Təhlükəsizliyi Agentliyi heyvan kəsimi məntəqələrində monitorinq keçirdi

15:40 - 12.07.2018


12 iyul, Fineko/abc.az. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan kəsimi məntəqələrində aparılan monitorinqlərin nəticələrini açıqladı.

AQTA-nın məlumatında deyilir ki, bu ilin may ayından etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərində, eyni zamanda heyvan kəsimi məntəqələrində monitorinqlərə başlayıb.

Monitorinqlər əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün mövcud vəziyyətin öyrənilməsi və mərkəziləşmiş ət kəsimi fəliyyəti ilə bağlı maarifləndirmə işlərini əhatə edir.

Aparılan monitorinqlər nəticəsində heyvan kəsimi ilə bağlı ölkə ərazisində mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, regionlar üzrə vətəndaşların gündəlik ət təlabatının həcmi agentlik əməkdaşları tərəfindən araşdırılaraq müəyyən olunmuşdur. Araşdırmanın ilkin nəticələrinə uyğun olaraq Bakı, Sumqayıt şəhərlərndə və Abşeron rayonunda heyvan kəsimi baytarlıq-sanitariya normalarına cavab verir.

Hazırda  monitorinqlər davam edir və heyvan kəsimi normalarına cavab verən kəsim məntəqələri ilə bağlı məlumatlar mütəmadi olaraq siyahıya əlavə olunacaq, ictimaiyyətin diqqətinə çatdırılacaqdır.

 

Bütün xəbərlər