ABŞ dollarının qiyməti Azərbaycanda dəyişmədi

12.07.2018,13:05


12 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti valyuta hərracı keçirib.

“12 iyul 2018-ci il tarixində Mərkəzi Bank Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

Daha əvvəl, iyulun 10-da keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.