Məleykə Abbaszadə Tovuz rayonunda vətəndaşları qəbul edib

14:15 - 12.07.2018


12 iyul, Fineko/abc.az. Qəbulda Tovuz rayonunun sakinləri ilə yanaşı Şəmkir, Qazax və Ağstafa rayon sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak etmişlər.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl Tovuz Rayon İcra Hakimiyyətinin önündə yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, buraxılış imtahanlarının nəticələri və qabiliyyət imtahanları, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilmişdir.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilmiş, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilmişdir. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılmışdır. Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.

 

Bütün xəbərlər