Bakıda yol qovşaqlarından birində yol hərəkətinin istiqaməti dəyişdirildi

16:58 - 12.07.2018


12 iyul, Fineko/abc.az. Bakı yollarının birində  yol hərəkəti dəyişdirilir.      

Bakı Nəqliyyat Agentliyinin (BNA) məlumatında deyilir ki,  Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.

“Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq”, - məlumatda belə deyilir.

Fəzail Bayramov küçəsinin şərq hissəsində yaşayan sakinlər şəhər mərkəzinə gedərkən Yusif Səfərov küçəsinə daxil olmaq üçün yeni yoldan istifadə edə bilmirlər. Bu səbəbdən, onlar Babək və Xocalı prospektlərindən istifadə etmək məcburiyyətində qalırlar. Bu isə pik saatlarda hər iki prospektin nəqliyyat yükünün əhəmiyyətli dərəcədə artmasına səbəb olur.

 

Bütün xəbərlər