Azərbaycanda yenidən enerji təchizatı ilə bağlı problemlər yarandı

17:19 - 12.07.2018


12 iyul, Fineko/abc.az. Bakı yenidən işıqsız qaldı, bu dəfə şəhərin bəzi hissələrinə enerji verilişi dayandırıldı.

Hazırda Bakının bir hissəsi işıqsız qalıb. Bu, Azərbaycanın Ağsu rayonunun Bico kəndində elektrik ötürücü xətlərin birinin altında baş vermiş yanğınla bağlıdır.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib ki, yanğının səbəbləri araşdırılır.

 

 

Bütün xəbərlər