Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti olan Goldenpay 11 yaşını qeyd edir

16:07 - 13.07.2018


13 iyul, Fineko/abc.az. 2007-ci il, İyul ayının 13-də yaradılan Azərbaycanın ən böyük onlayn ödəmələr şirkəti olan GoldenPay bu il 11 yaşını qeyd edir.

Daim yenlikləri və kampaniyaları ilə insanların etimadını qazanan Goldenpay şirkəti hər il qazandığı təcrübə və peşakarlıq səviyyəsi ilə bir daha niyə 11 il onları seçdiyinizi hər kəsə sübut edir və bundan sonra da sizlərə daha yaxşı xidmət etmək  üçün dayanmadan çalışır və öz istifadəçilərini sevindirməyə davam edir.

Goldenpay ad gününə özəl olaraq sosial media kanallarında istifadəçiləri üçün təşkil etdiyi müsabiqədə müxtəlif dəyərli hədiyyələr ilə bu il də onların yanında olduqlarını və hər zaman birlikdə daha güclü olduqlarını vurğulayır. Bununla da istifadəçilər ad günündə belə Goldenpay şirkətinin onları düşündüyünü və öncəliklərinin müştəri məmnuniyyəti olduğunu bir daha şahidi oldular. Müsabiqədə mobil telefon və bir çox dəyərli hədiyyələr öz qaliblərini gözləyir.

Qeyd edək ki, 2011-ci ilin Aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az onlayn xidmət platforması 2018-ci ilədək onlayn ödəniş bazarında liderdir. Etibarlı əməliyyatlardan əlavə, şirkət hər bir istifadəçiyə kömək etməyə hazır olan, operativ  və məsuliyyətli işçilər qrupu ilə tanınır. Hesab.az-da ödəniş etmək hərzaman rahat asan olmaqla yanaşı köçürmələr haqqında məlumatları real vaxt ərzində əldə etmək mümkündür. Əsas olaraq onu da qeyd etmək istərdik ki, informasiya təhlükəsizliyi məlumatları qorumaq üçün mövcud olan müasir vasitələrlə təmin olunur.

Eyni zamanda, bütün ödənişlər qeydiyyatdan keçmiş istifadəçilərə bonuslar qazandırır, daha sonra müxtəlif hədiyyə və kampaniyalarda istifadə edilə bilər. Hər bir müştərinin istəklərinə uyğunlaşmaq, tez geridönüş etmək  şirkətin daimi strategiyasıdır.

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını təqdim etməyi nəzərdə tutur.

Bütün xəbərlər