Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsinə $10 milyard sərmayə qoyulub

17:24 - 30.10.2017


Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu layihəsinin tikintisinə $10 milyard həcmində sərmayə qoyulmuşdur.

Dəmiryolu xəttinin Bakıda keçirilən rəsmi açılış mərasimində, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili  deyib ki, yolun işləməsi nəticəsində, Bakı-Tbilisi-Qars marşrutu ilə başlanğıc mərhələdə 1 milyon sərnişin və 4 milyon ton yük daşınacağı planlaşdırılır.

“Növbəti illərdə bu marşrut üzrə sərnişin daşımaları ildə 6 milyon nəfərə qədər, yük daşımaları isə  20 milyon tona qədər artırılacaq”.

Mərasimin gedişatında Qazaxıstanın baş naziri Bakıtcan Sagintayev bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə  $10 milyarddan çox  sərmayə qoyulmuşdur.

 

 

 

Bütün xəbərlər