“Azəri Light” markalı neftin bir bareli bahalaşdı

10:29 - 16.07.2018


16 iyul, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  2,1 (2,8%) dollar  yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,85 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında  “WTI” markalı neftin avqust fyuçersinin qiyməti 13 iyul tarixli ticarətin nəticəsində, keçən nəticə ilə müqayisədə (12 iyul – 70,33 dollar) 0,68 (0,97%) dollar yüksəlib və bir barelə 71,01 dollar təşkil etmişdir.

“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin sentyabr fyuçersinin qiyməti, 13  iyul tarixli ticarətin nəticəsində, ötən yekuna  nisbətən (iyulun 12-də – 74,45 dollar) 0,88 dollar (1,18%) yüksəlmiş və  bir barelə 75,33 dollar təşkil edib.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 13 iyul tarixli ticarətin nəticəsində  4,32 dollar / barelə təşkil edir.

 

Bütün xəbərlər