Depozit hərracında 350 milyon manat cəlb edildi

16.07.2018,12:23


16 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracı keçirib.

AMB-in məlumatında deyilir ki, hərracda 350 milyon manat cəlb olunub.

“Depozit hərracına 886,4 milyon manat  təklif edilmişdir. Orta  ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan verilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb olunub.

 

Açar sözlər: depozit hərracı