BNA: Bakıda 170 saylı paytaxt marşrutunun hərəkəti yeniləndi

17:41 - 30.10.2017


Bakı Nəqliyyat Agentliyi 170 saylı  paytaxt marşrutunun hərəkətinin yenilənməsi haqqında elan edib.

BNA-nin xəbərində deyildiyi kimi, marşrut, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbəsindən keçərək “Memar Əcəmi” metro stansiyasından Binəqədi  qəsəbəsinə qədər hərəkət edir.

"Marşrut, kənd sakinlərinin çoxsaylı müraciətləri nəticəsində bərpa edilmiş və marşruta, texniki tələblərə və qüvvədə olan sərnişin daşımaları standartlarına uyğun olan avtobuslar cəlb edilmişdir”, - xəbərdə belə deyilir.

 

 

Bütün xəbərlər