Azərbaycan Banklar Assosiasiyası "Xəzərin sahilində 2018" tədbiri keçirəcək

17:43 - 16.07.2018


16 iyul, Fineko/abc.az. "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi (ABA) üzv təşkilatların əməkdaşlarının, qurumun nəzdində fəaliyyət göstərən ekspert qruplarının motivasiyası məqsədilə iyulun 21-də "Xəzərin sahilində 2018" tədbiri keçirəcək. 2017-ci ildən başlayaraq keçirilən motivasiya xarakterli tədbir bu il bank icmasının birlikdə olmasını və əldə olunan nailiyyətlərin kollektiv əməyin nəticəsi olduğunu vurğulayan "Uğurlusan-BİRLİKDƏ" adı ilə baş tutacaq.

Tədbirdə motivasiya xarakterli təlim və əlaqədar oyunlar, fərqli əyləncəli müsabiqələr təşkil olunacaq. Burada məqsəd ABA üzvlərinin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, üzvlər və tərəfdaşlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və bununla da bank icmasının daha da sıx əlaqələndirilməsindən ibarətdir.

Tədbirin əsas partnyoru "Zolotaya Korona" şirkətidir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Bütün xəbərlər