Azərbaycan Dövlət Neft Fondunun aktivləri 6,22% artıb

17.07.2018,12:36


17 iyul, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) aktivləri 1 iyul 2018-ci il tarixinə 6,22% artmışdır.

Fondun məlumatına əsasən, Fondun aktivləri ilin əvvəlindən 35 806,5 milyon dollardan 38 036,1 milyon dollara yüksəlib ki, bu da Fondun fəaliyyət dövründə müşahidə olunan ən yüksək göstəricidir. Bu göstərici, büdcə gəlirlərinin artımı hesabına, o cümlədən, vəsaitlərin idarə olunasından təmin edilmişdir.

“Büdcə gəlirləri 9 173,7 milyon manat, büdcə xərcləri isə 4 731,6 milyon manat təşkil etmişdir.

2017-ci ildə gəlirlərin əsasını  neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlər (8 665,7 milyon manat), o cümlədən, neftin və qazın satışından  7 889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akrhesabı ödənişlər 0,5 milyon manat təşkil etmişdir. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 milyon manat təşkil etmişdir.

Xərclərin əsasını, dövlət büdcəsinə 608,0 milyon manat həcmində edilən transfert təşkil etmiş, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması  üçün 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2 milyon manat ayrılmışdır.

2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil etmişdir.

 

Açar sözlər: ARDNF