Valyuta hərracı nəticəsində manatın ortaçəkili məzənnəsi əvvəlki səviyyədə qaldı

13:13 - 17.07.2018


17 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB)  növbəti valyuta hərracı keçirib.

“Mərkəzi Bank 17 iyul tarixində Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.

İyulun 12-də keçirilmiş daha əvvəlki valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

Bütün xəbərlər