Qida Təhlükəsizliyi Agentliyində Beynəlxalq donor təşkilatları ilə görüş keçirilib

15:04 - 17.07.2018


17 iyul 2018-ci il tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində Beynəlxalq donor təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə donor təşkilatlar tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanan yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb.

AQTA sədrinin müşaviri Elxan Mikayılov Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında nümayəndə heyətinə geniş məlumat verib. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin Qida Təhlükəsizliyi Agentliyin əsas vəzifələrindən biri olduğunu vurğulayan E.Mikayılov Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri və  “2018-2025-ci illər” üzrə qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Tədbirdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış texniki dəstəyə ehtiyac duyulan sahələrin inkişaf istiqamətləri və Qida Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunundan irəli gələn normativ hüquqi aktların hazırlanması sahəsində qarşıda duran vəzifələrdən söhbət açılıb. Qarşılıqlı maraq doğuran bir sıra məsələr barədə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

 

Bütün xəbərlər