Maliyyə Nazirliyi 35 milyon manat məbləğində DQİ yerləşdirdi

17.07.2018,20:00


17 iyul, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi bu gün Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət qısamüddətli istiqrazları (DQİ) tam həcmdə yerləşdirib.

BFB məlumat verir ki, bu gün AZ0104006686 ISIN kodlu, 35 milyon manat həcmində və tədavül müddəti 364 gün təşkil edən DQİ yerləşdirilib.

16 investordan  cəmi 84 061,3 min manat məbləğində 32 sifariş daxil olub. Sifarişlər, bir istiqraza 90,9317 AZN-dən (illik gəlirlik iddiası 10,0275%) 93,0588 AZN-ə (7,5000%) qədər qiymət intervalında təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti  92,6301 AZN (gəlirlik 8,0001%), orta ölçülmüş qiymət isə 92,6646 AZN (7,9596%) səviyyəsində müəyyən edilmişdir.

Nəticədə 35 milyon manat həcmində DQİ yerləşdirilmişdir.

İstiqrazların ödəmə tarixi: 16 iyul 2019-cu il.

Açar sözlər: DQİ