“Yanar dağ” təbiət qoruğunun bərpası üçün vəsait ayrılıb

10:04 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Yanar dağ” təbiət qoruğunun bərpası haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, “Yanar dağ” təbiət qoruğunun bərpası üçün Dövlət Turizm Agentliyinə  1,2 milyon manat məbləğində vəsait  ayırıb. Vəsait,  2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan ayrılıb.

 

Bütün xəbərlər