Qəbələ rayonunda avtomobil yolunun tikintisi və yenidən qurulması üçün vəsait ayrıldı

10:24 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunda avtomobil yolunun tikintisi və yenidən qurulması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət büdcəsindən, 8 yaşayış məntəqəsini birləşdirən Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi üçün 6,8 milyon manat ayrılır.

 

Bütün xəbərlər