Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

10:33 - 18.07.2018


18 iyul, Fineko/abc.az. İmtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 49 binada aparılır. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 26332 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 21734 abituriyent I qrup üzrə, 4598 abituriyent isə IVqrup üzrə imtahan verir.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.

İmtahan materiallarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

 

Bütün xəbərlər