İlham Əliyev ARDNF-nin 2017-ci il büdcəsinin icrasını və 2018-ci il büdcəsinə düzəlişləri təsdiqlədi

18.07.2018,10:42


18 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsinin icrasını təsdiqləyib.

ARDNF-in 2017-ci ildə gəlirləri  12 137,503 milyon manat, xərcləri isə 11 015,5 milyon manat təşkil edib.

Həmçinin, Azərbaycan prezidenti ARDNF-nin 2018-ci il büdcəsinə dəyişiklikləri təsdiqlədi.

Dəyişikliklərə əsasən, ARDNF-in 2018-ci il üzrə gəlirləri 15 310 823,9 min manatadək, xərcləri isə 11 480 221,8 min manatadək artırılıb.

İlk olaraq, ARDNF-in 2018-ci il üzrə gəlirləri 11 559 956,2 min manat həcmində, xərcləri isə 9 730 221,8 min manat həcmində təsdiq edilmişdir. ARDNF-in büdcəsinin yenidən baxılması neftin qiymətlərinin dəyişilməsi ilə bağlıdır.

 

Açar sözlər: ARDNF