Azərbaycan prezidenti İtaliya prezidenti ilə görüşdü

10:51 - 18.07.2018


18 iyul, Fineko/abc.az. İtaliya Prezidenti Sercio Mattarella  Azərbaycanda səfərdədir.

Çərşənbə günü, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella  Bakıda təkbətək formatda danışıqlar keçiriblər.

Görüşdə Azərbaycan-İtaliya iqtisadi və siyasi əlaqələrinin uğurlu inkişafı, İtaliya Prezidentinin hazırkı səfərinin ikitərəfli əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.

“İlham Əliyev və Sercio Mattarella qarşılıqlı maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi apardılar”, -  Azərbaycan prezidentinin saytında belə deyilir.

Səfər çərçivəsində İtaliya prezidenti Sumqayıt Kimya Sənaye Parkına səfər edəcək, orada “Maire Tecnimont” şirkəti  tərəfindən tikilmiş polipropilen zavodunun fəaliyyəti ilə tanış olacaq.

19 iyul tarixində İtaliya və Azərbaycan prezidentləri həmçinin biznes forumda iştirak edəcəklər.

 

Bütün xəbərlər