"Aqrolizinq" mexanizatorlar üçün təlim keçirəcək

11:05 - 18.07.2018


18 iyul, Fineko/abc.az. İyulun 23-də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümyəndəliyindəki təlim-tədris mərkəzində mexanizatorlar üçün təlim keçiriləcək. Təlimlərdə məqsəd cari ildə pambıq yığımının vaxtında və tam itkisiz həyata keçirilməsidir. Təlimlərə 19 rayon üzrə 230 mexanizator cəlb olunacaq. Bir ay davam edəcək təlimlərdə mexanizatorlara pambıqyığan texnikalardan  səmərəli istifadə, texniki qulluğun aparılması, əməyin mühafizəsi və digər sahələr üzrə məlumat veriləcək. Təlimləri uğurla başa vuran mexanizatorlar sertifikatla təltif olunacaqlar. Hər hansı bir səbəbdən sertifikat əldə edə bilməyən mexanizatorlar pambıq yığımnında iştirak edə bilməyəcəklər.

 

Bütün xəbərlər