“AZIN Construction” Sumqayıt Kimya Sənaye Parkının ərazisində infrastruktur xətlərinin keçirilməsini layihələndirəcək

10:51 - 31.10.2017


Sumqayıt Kimya Sənaye Parkı üçün layihəçi şirkətin adı elan edilib.

Tender komissiyasının xəbərində deyildiyi kimi, Parkın ərazisində qaz xətlərinin, mühəndis xətlərinin və avtomobil yollarının çəkilməsi üçün layihə-smeta sənədlərinin işlənib hazırlanması üzrə öncə elan edilmiş tenderin qalibi, “AZIN Construction” MMC oldu.

“Tərəflər artıq müqavilə imzalayıb”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər