Azərbaycanla İtaliya arasında əməkdaşlığın genişləndirilməsi haqqında sənədlər imzalanıb

12:36 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Azərbaycan və İtaliya ikitərəfli əməkdaşlığın genişləndirilməsi haqqında  sənədlər paketi imzaladılar.

İmzalanma mərasimi bu gün, iyulun 18-də Bakıda iki ölkə prezidentləri - İlham Əliyev və Sercio Mattarellanın iştirakı ilə keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumu”, “Baytarlıq sahəsində texniki əməkdaşlıq haqqında niyyətlər”,  “Ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə”, “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu” imzalandı.

 

Bütün xəbərlər