Azərbaycan pambıqçıları 30 oktyabr tarixinə 147 683,42 ton məhsul yığdılar

10:56 - 31.10.2017


Azərbaycanda  pambıq yığımı mövsümü davam edir.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, 30 oktyabr tarixində pambıq qəbulu məntəqələrinə 147 683,42 ton pambıq gətirilmişdir.

“Yalnız son iki gün ərzində məntəqələr 7769,68 ton pambıq qəbul edib”, - deyə komitədə bildirdilər.

Xəbərdə  deyilir ki, ən məhsuldar rayonlar, Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçala rayonlarıdır.

 

 

Bütün xəbərlər