Azərbaycan Dövlət Reklam Agentliyi reklam qanunvericiliyinin 10 pozucularını cərimələndirib

16:24 - 18.07.2018


18 iyul, Fineko/abc.az. Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) ilin birinci yarısında reklam qanunvericiliyinin pozuntusu üzrə 2 min fakt aşkar edib.

Agentliyin direktor müavini Orxan Əliyev bildirib ki, reklam qanunvericiliyinin pozucularının aşkar edilməsi üzrə işlər davam etdirilir.

“İlin əvvəlindən indiyədək təxminən 2 min bu kimi fakt aşkar edilmişdir ki, bunun nəticəsində 10 protokol tərtib edilmiş və  500 manatdan 10 min manatadək cərimə sanksiyaları tətbiq edilmişdir”, - deyə O.Əliyev bildirib.

 

Bütün xəbərlər